İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Babayanla bağlı SON XƏBƏR: noyabrın 29-da...

3607 27.11.2023 14:02 Son xəbər A A

Qarabağdakı keçmiş qondarma “ordu”nun “komandan”ı Samvel Babayan 44 günlük müharibə ilə bağlı araşdırmalar çərçivəsində Ermənistan parlamentinin istintaq komissiyasına dəvət olunub.

Musavat.com bildirir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə Ermənistan Milli Assambleyasının 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyasının üzvü Kristine Poqosyan açıqlama verib.

Noyabrın 29-da Babayanın iştirakı ilə komissiyanın iclası keçiriləcək.

Ötən gün Ermənistan Milli Assambleyasının 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyasının rəhbəri Andranik Köçəryan bildirib ki, Babayan komissiyaya baş çəkmək istəyir.

Bildirilir ki, komissiya yaradılandan sonra keçmiş “komandir” onun işində müstəqil məsləhətçi kimi iştirak etməli idi. Babayan əvvəlcə bunun tərəfdarı olub, lakin qısa müddətdən sonra heç bir səbəb göstərmədən komissiyanın işində iştirakdan imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR