İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıya yağan qar yollarda bəzi çətinliklər yaratdı - VİDEO

972 13.03.2024 08:55 Son xəbər A A

Şamaxıya yağan güclü qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb.

Musavat.com xəbər verir ki, rayonun dağ kəndlərində qarın hündürlüyü 30-40 santimetrə çatıb.

Çovğun və buzlaşma nəticəsində bəzi sürücülər yolda qalıb. Pirqulu istiqamətinə hərəkət etmək istəyən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıblar. Yollara qum-duz qarışığı səpilsə də qarın yağması səbəbində yol yenidən bağlanır. Bundan əlavə güclü külək dağlardakı qarı avtomobil yoluna gətirərək hərəkət hissəsini tamamilə örtür. Bu səbəbdən də bir çox avtomobillər yoldan çıxaraq kənarda hərəkətsiz vəziyyətdə qalıb. Hazırda da qarın yağması davam edir ən çox qar Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir.

Yerli sakinlərin sözlərinə görə, həmin kəndlərdə qarın hündürlüyü 50 santimetrə çatır. Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür. Bu yolların axşam saatlarında tamamilə buz bağlayacağı və gecə səhərədək avtomobillərin hərəkəti üçün çox təhlükəli olacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR