İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda yol qəzası olub, xəsarət alan var

398 25.01.2021 01:22 Hadisə A A

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Beştalı kənd sakini, 1987-ci il təvəllüdlü Ağayev Ceyhun Alıkişi oğlu müxtəlif xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR