İnsanlara hürriyət, millətlərə istiqlal!

Şakiraya altı metrlik heykəl ucaldıldı - VİDEO FOTO

1164 27.12.2023 13:54 Şou-biznes A A

Şakiranın doğulduğu Kolumbiyanın Barrankilya şəhərində müğənninin şərəfinə heykəl ucaldılıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, heykəlin müəllifi Yino Markesdi.

"Valideynlərimlə və xüsusən də anamın ad günündə bunu bölüşməkdən xoşbəxtəm", - deyə Şakira sosial şəbəkədəki səhifəsində yazıb.

Müğənni valideynləri Uilyam Çadid və Nidia Ripol Torradonun heykəlin önündə çəkdirdiyi fotonu da internetə yerləşdirib.

Məlumata görə, heykəl bürüncdən hazırlanıb və hündürlüyü 6,4 metrdir. Bürüncdən hazırlanmış heykəldə müğənninin 2005-ci ildə "Hips Don't Lie" mahnısına çəkdirdiyi klipdəki hərəkətləri təsvir olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR