İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahramanyan istintaqa çağırıldı

564 21.02.2024 15:50 Son xəbər A A

Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan qondarma və oyuncaq qurumun sonuncu “rəhbəri” Samvel Şahramanyana Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yaxın günlərdə komitəyə gəlmək tələbi ilə bildiriş göndərilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Aşot Danielyan məlumat yayıb.

Vəkilin sözlərinə görə, bu bildiriş vaxtilə qondarma quruma məxsus olmuş pulların və avtomobillərin mənimsənilməsilə bağlı aparılan araşdırma ilə bağlıdır. Şahramanyan bütün bunlarla bağlı İstintaq Komitəsinə artıq izahat verib.

“Samvel Şahramanyan hansısa korrupsiya cinayətində şübhəli bilinmir. O, ilk dəfə istintaqa çağırılmır”, - deyə Aşot Danielyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR