İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabadda iki aktiv koronavirus xəstəsi aşkarlandı

198 10.12.2021 10:48 Son xəbər A A

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan Sabirabad rayonu Ulacalı kənd sakini Aqil Məmiyevə və Yolçubəyli kənd sakini Ələkbər Ələsgərova ev şəraitində müalicə təyin olunsa da, həmin şəxslər yaşadıqları ünvanları tərk edərək, infeksiyanın yayılmasına real şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən qaydaları pozan hər iki şəxsin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb və onlar müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Hər iki şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR