İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlının qaldırdığı problemə reaksiya verildi

2058 11.06.2020 12:12 İqtisadiyyat A A

Məlum olduğu kimi, Neftçala rayonunda içməli su problemi yaranmışdı. Belə ki, çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə axırdı. Ekoloji hadisə Neftçala rayonunda Kürün Xəzərə töküldüyü yerdə yəni, çayın mənsəbində baş vermişdi.

İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışmışdı. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndləri və rayon mərkəzi içməli su qıtlığı ilə üzləşib. 61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlı Musavat.com-a duruma operativ müdaxilə edildiyini bildirdi: “ Neftçala Rayon İcra Hakimiyyətində qərargah yaradıldı və⁣ "Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlandı. Rayon sakinləri də həmin vaxt razılıqla bildirirdi ki, insanların içməli su ilə təmin olunması üçün işlər görüldü”.

Yaranmış vəziyyətlə bağlı mətbuatda həyacan təbili çalan deputat Sabir Rüstəmxanlı hazırda problemin aradan qaldırıldığını bildirib: “Hazırda dəniz suyunun Kürə qarışması demək olar ki dayanıb, vəziyyət stabilləşib. Problemin həlli üçün operativ fəaliyyətə keçən əlaqədar təşkilatların işi təqdir olunmalıdır”.

Emil Salamoğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR