İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazir yayılan iddialara CAVAB VERDİ

1953 23.01.2024 20:25 Region A A

Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan son günlər atasının Mərkəzi Bankın əməkdaşını işdən çıxarması ilə bağlı müxtəlif iddialarla gündəmə gəlib. Bu gün isə sosial şəbəkələrdə Erkanın keçmiş daxili işlər naziri Mehmet Ağarın qohumu olması xəbəri yayılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bu barədə jurnalist Erk Acarer dünən axşam "X" hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın sədrinin atası Erol Erkan Mehmet Ağarın xalası oğludur.

Yayılan iddialarla bağlı sabiq nazir "Patronlar Dünyası"na açıqlama verib:

"Bizim onlarla vətəndaşlıq bağlarından başqa heç bir əlaqəmiz yoxdur. Belə bir qohumluq bağımız olsaydı, fəxr edərdik. Təəssüflər olsun ki, sosial şəbəkələrdə yalanlara necə cavab verəcəyimizi bilmirik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR