İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvətə görə saxlanılan FHN Modul Tipli Hospitalının baş həkiminin DOSYESİ

4690 22.04.2021 12:05 Son xəbər A A

Xəbər verdiyimiz kimi, koronavirus xəstələrini rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsinə görə onların yaxınlarından rüşvət alan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin Ağayev İmran Əliağa oğlu Baş Prokurorluq tərəfindən saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, Baş Prokurorlu tərəfindən saxlanılan Ağayev İmran Əliağa oğlu 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib. Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür. 2009-cu ildən bəri Azərbaycan Respublikası Gömrük Komitəsinin Mərkəzi Qospitalının stomatoloqudur. Bundan başqa, Avropa Diş İmplantoloqları Assosiasiyasında üzvlüyə malikdir. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi olmazdan əvvəl “MediStyle” Hospitalının baş həkimi vəzifəsində işləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR