İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvət aldığı üçün həbs edilən məmur hakim qarşısında

515 08.12.2021 10:51 Kriminal A A

"Azərbaycan Standartlaşdırma İnstitutu"nun vəzifəli şəxsinin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində Rafiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılır.

Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan Rafiq Əzizovun anket məlumatları dəqiqləşdirilib. Onun bir neçə nəfərdən rüşvət aldığı bildirilir.

Qeyd edək ki, Rafiq Əzizov 2016-cı ildə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin keçirdiyi müsahibə ilə işə qəbul olunub. Sözügedən Komitə 2018-ci ildə ləğv olunaraq səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Xidmətin tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir:

"Bu tədbirlər çərçivəsində "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib".

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR