İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - siyasətdən gedir! - FOTOLAR

17718 17.02.2019 19:52 Son xəbər A A

Azərbaycanın tanınmış kino - drammaturqu Rüstəm İbrahimbəyov Bakıya gəlib.

Musavat.com xəbər verir ki, bu iddia ilə ilk çıxış edən BakuPost saytının redaktoru Elçin Zahiroğlu olub. O, özünün Feysbuk səhifəsində gördüyünüz fotonu paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır.

Fotodakı şəxslərdən biri, professor Qulu Məhərrəmli bu iddianı musavat.com -a təsdiqləyib.

Strateq.az saytı isə xəbər verir ki, rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında fotolar paylaşıb.

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

Musavat.com bildirir ki, İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubiıeyini qeyd etməsi sensasiya sayıla bilər. Görünən budur ki, İbrahimbəyov siyasi hakimiyyətlə anlaşaraq, Bakıya dönüb. Bu iddianı restoran fotoları da təsdiq edir. Fəxri sədri olduğu Milli Şuradan onun masasında diqqətə layiq fiqurlardan kiməsə yer verilməyib.

Son günlər Azərbaycan Prezidentinin atdığı addımlar və böyük dəyişimlər cərgəsinə daha birini də əlavə etmək olar...

Onu da bildirək ki, R. İbrahimbəyov Bakıya fevralın 15-də gəlib. Musavat.com xəbəri Moskvadakı qaynaqlardan dəqiqləşdirib.

Verilən xəbərə görə, o, fevralın 18-də Moskvaya dönəcək. Vətənə səfəri 80 illik yubileyi ilə bağlı olan Rüstəm İbrahimbəyov fevralın 17-də Azərbaycan kinematoqrafçıları ilə görüşüb, kinemotoqrafçılar İttifaqının yığıncağına qatılıb.  

Verilən xəbərlər sırasından onun siyasətdən birdəfəlik çəkilməsi də var. Bu səbəbdən o, Bakıda eks sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib.Yalnız Eldəniz Quliyev istisnadır. Onun da siyasi sima kimi deyil, kinemotoqrafçı həmkar qismində İbrahimbəyovun yanında epizodik rol aldığı iddia edilir. 

Professor Qulu Məhərrəmli özünün Feysbuk hesabında ''Şirvanşahlar'' restoranındakı banketlə bağlı belə yazıb: "
Bir Cənub şəhərində iki tədbir: 1) Azərbaycan Kinematoqrafçılar ittifaqı İdarə Heyətinin iclası keçirilir; 2) Dostlar həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd edir..."

****

Musavat.com-a siyasi şərhçilərdən biri deyib ki, bu hadisə Milli Şura platforması ilə fəallaşan Əli Kərimli tərəfdarlarına böyük zərbədir. Bu təşkilatın qurucusu və fəxri sədri ən kritik bir anda iqtidarla anlaşmaya gedir və tərəfdarlarını böyük hüsrana uğradır! Əli Kərimli və Milli Şura formatındakı kompanentlərin küçədə və sosial şəbəkələrdə iqtidarın üstünə getdiyi bir zamanda, öz-özlərinə qaz verdikləri bir tarixi dönəmdə iqtidar dünya şöhrətli kino-ssenaristin üzərindən maraqlı bir siyasi gediş edə bilib.  Azərbaycan paytaxtında olduğu iki gün müddətində İbrahimbəyov Əli Kərimli, ya da Milli Şura sədri Cəmil Həsənli ilə görüşməyibsə, bunun tək bir anlamı var. İbrahimbəyov Milli Şuranı özünün maraqlarına silib, atıb və bu cığal uşaqlar daha ona lazım deyil...   

Musavat.com

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR