İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya ÇAĞIRIŞ edildi: RƏDD OL! - gərginlik QIZIŞIR – Tofiq Zülfqarovla “Canlı debat”

1191 27.07.2023 13:09 Gündəm A A

Çexiya Rusiya Xarici İşlər Nazirliyinin rusofobiya ilə bağlı ittihamlarına cavab olaraq, Moskvanı Ukraynadan “rədd olmağa” çağırıb.

Bu barədə Çexiya XİN-in rəsmi Tvitter səhifəsində məlumat yayılıb.

“Çexiyanın xroniki problemləri: biz uşaqları qaçırmırıq, xəstəxanaları bombalamırıq və qonşu ölkələri işğal etmirik. Ukraynadan rədd olun!” - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya insan haqları ilə bağlı tənqidi hesabat dərc edib. Hesabatın Çexiyaya həsr olunmuş hissəsində Moskva Praqanın ifadə azadlığını məhdudlaşdırmasına, qaraçılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə işarə edib, həmçinin onu rusofobiyanı qızışdırmaqda ittiham edib.

Vurğulanıb ki, Çexiyanın xroniki problemlərini həll etmək əvəzinə ölkə hakimiyyəti dağıdıcı xarici siyasət avantüralarına əl atıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız eks xarici işlər naziri Tofiq Zülfüqarovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR