İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın tikinti sektorunda 1 milyon işçiyə ehtiyac var

523 13.03.2024 12:48 Dünya A A


Rusiyanın tikinti sənayesində 1 milyon işçi çatışmır.

Musavat.com xəbər verir ki, bu rəqəmi ölkənin tikinti və mənzil kommunal təsərrüfatı naziri İrek Fayzullin Manejdə keçirilən “Gənc mütəxəssis – gələcəyin qurucusu” forumunda çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, hazırda tikinti sektorunda bütün sahələr üzrə mütəxəssislərə ehtiyac var: “Tikinti sənayesində 1 milyona yaxın müxtəlif ixtisaslar üzrə nümayəndə lazımdır".

Fayzullin xatırladıb ki, tikinti sənayesində 500-ə yaxın peşə var: “Məsələn, indi şəhər iqtisadiyyatı və şəhərsalma sahəsində mütəxəssislərə ehtiyac var, çünki qısa müddətdə 200 şəhərin baş planı hazırlanmalıdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR