İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bu qərarından ən çox Türkiyə zərər görəcək

4501 28.02.2024 12:56 Dünya A A

 

Rusiyadan benzinin ixracına qoyulması nəzərdə tutulan qadağa bu ölkədən neft məhsulları idxal edən Türkiyəyə ciddi təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, qadağa təkcə benzinə deyil, “neft məhsullarının ixracına” şamil edilir. Qeyd olunur ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə Rusiyadan neft məhsulları idxalını 200 faiz artırıb və daha sərfəli alış qiymətləri hesabına 2 milyard dollardan çox qənaət edib.

Söhbət 13 milyon ton neft distilləsindən gedir. O cümlədən Türkiyə Rusiyadan 8,6 milyon ton kükürdlü dizel yanacağı alıb. Ölkə həmçinin Rusiyadan soba mazutu, aviasiya və dəniz yanacağını alır. Nəşrin yazdığına görə, 2024-cü ildə Rusiya neft məhsullarının alış həcmini daha da artırmaq planları var idi.

Xatırladaq ki, Rusiya 2024-cü il martın 1-dən altı ay müddətinə benzin ixracına müvəqqəti qadağa tətbiq etməyi planlaşdırır. Məhdudiyyət EAEU ölkələrinə, həmçinin Cənubi Osetiya, Abxaziya, Monqolustan və Özbəkistana şamil edilməyəcək. Benzinin ixracına qadağa həm də daxili mühərrik yanacağı bazarında qiymət konyunkturasını sabitləşdirmək üçün ötən il sentyabrın 21-dən noyabrın 17-dək qüvvədə olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR