Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvaya edilən PUA hücumlarına toxunaraq, Ukrayna ərazisinə qarşı mütəmadi və kütləvi zərbələrin endiriləcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri Kiyevin hücumlarına yalnız bəyanatlarla cavab vermək dövrünün geridə qaldığını vurğulayıb.
Lavrov məsələ ilə bağlı açıqlamasında rəsmi Moskvanın qətiyyətli addımlar atacağını qeyd edərək, "Kiyevin hərəkətlərinə cavab olaraq yalnız sözlər kifayət deyil", – deyə bildirib.
Onun sözlərinə görə, Rusiya bundan sonra Ukraynadakı hərbi və strateji hədəflərə qarşı müntəzəm olaraq irimiqyaslı hava zərbələri həyata keçirəcək.
Musavat.com






