İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan İrəvana KTMT ismarışı

1298 26.11.2023 17:31 Son xəbər A A

"Rusiya Federasiyası ümid edir ki, bir müddət sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində tam şəkildə iştirakını bərpa edəcək".

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Ümid edirik ki, erməni dostlarımız da təşkilatda geniş iştirakın lehinə öz yanaşmalarını bərpa edəcəklər", - Peskov bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın KTMT çərçivəsində Minskdə keçiriləcək görüşlərdə iştirak edə bilməyəcəyi məlum olub. Ermənistanın baş naziri Nikol Paşinyan isə Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR