İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı məşhurlardan Bərdə terroru ilə bağlı paylaşımlar – Fotolar

1871 29.10.2020 12:35 Sosial A A


 
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvaib (Nəvai Bəkirov) ötən gün ermənilərin Bərdədə törətdiyi terror aktından yazıb.

Musavat.com bildirir ki, Nəvaib öz  “İnstagram” hesabında Bərdə terroru ilə bağlı foto paylaşaraq, bunları qeyd edib:

“Bərdədə dinc əhalinin atəşə tutulması nəticəsində 20-dən çox ölən var”.

Rusiyada yaşayan Xalq artisti, iş adamı Emin Ağalarov da ötən gün Bərdə terroru ilə bağlı paylaşımlar edib,  bu terrorda 21 mülki şəxsin həlak olduğunu, 70 nəfərin isə yaralandığını diqqətə çatdırıb.

Xatırladaq ki, oktyabrın 29-da Ermənistanın silahlı birləşmələri Bərdəni raket atəşinə tutaraq, ikinci dəfə terror aktı törədib. Terror nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Xalidə Gəray,
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR