İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada terror ittihamlarının miqyası şok edir: 14 yaşlı uşaq da siyahıda

297 20.07.2026 13:33 Dünya A A


Rusiyada 2025-ci ildə “terrorizm” maddələri ilə məhkum edilənlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artaraq rekord həddə çatıb.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Birinci şöbə” (“Pervıy otdel”) hüquq müdafiə layihəsi məlumat yayıb.

Toplanmış məlumatlara görə, 2025-ci ildə Rusiya məhkəmələri “terrorçuluq” maddələri üzrə 2078 nəfəri təqsirli bilib. Bu, 2024-cü illə müqayisədə iki dəfə çoxdur. Həmin il bu maddələrlə 1021 nəfər məhkum edilmişdi. 2025-ci ilin göstəricisi, eyni zamanda, Rusiyada hazırkı Cinayət Məcəlləsinin qəbul edildiyi 1996-cı ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.

Rusiya Ali Məhkəməsi yanında Məhkəmə Departamenti 2025-ci ilə dair rəsmi statistikanı açıqlamayıb. Buna görə “Birinci şöbə” məlumatları açıq mənbələrdən – məhkəmə işlərinin kartotekalarından, dövlət qurumlarının press-relizlərindən və mediada dərc olunan materiallardan toplayıb.

Layihənin hesablamalarına görə, bir il ərzində məhkəmələr Rusiya Cinayət Məcəlləsinin 205–205.5-ci maddələri üzrə ən azı 1776 hökm çıxarıb.

Məhkumlara qarşı ən çox Cinayət Məcəlləsinin 205.2-ci – “terrorizmə çağırış, terrorçuluğa haqq qazandırma və ya onun təbliği” maddəsi tətbiq edilib. Ümumilikdə 2078 məhkumdan 889-u, yəni demək olar ki, hər iki nəfərdən biri məhz bu maddə üzrə mühakimə olunub.
Məhkum edilənlərdən ən azı 630 nəfəri Ukrayna vətəndaşı olub. Bu isə ümumi sayın təxminən üçdə birini təşkil edir.

“Memorial” hüquq müdafiəçiləri 929 məhkumun işində siyasi təqib əlamətlərinin olduğunu müəyyən ediblər. Bu, bütün məhkumların 45 faizinə bərabərdir.

Araşdırma müəlliflərinin sözlərinə görə, Rusiyada “terrorizm” maddələri üzrə verilən cəzaların ağırlığı artıq dövlətə xəyanət ittihamı ilə verilən həbs müddətləri ilə eyni səviyyəyə çatıb. Hökmü məlum olan məhkumların yarıdan çoxuna 15 ildən ömürlük həbsə qədər cəza verilib.
Məhkəmələr 15 nəfər barəsində ömürlük həbs hökmü çıxarıb. “Terrorçuluq” maddələri ilə məhkum edilənlər arasında ən gənc şəxsin isə cəmi 14 yaşı olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR