İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bu filmin yayımı qadağan olundu

1597 14.11.2022 17:02 Region A A

Rusiyanın Mədəniyyət Nazirliyi Tatyana Sorokinanın rejissoru olduğu “Aclıq” sənədli filminin icarə sertifikatını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Aleksandr Arxangelski məlumat verib.

Hakimiyyət tərəfindən bağlanan “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktovun sözlərinə görə, əmri mədəniyyət nazirinin müavini Sergey Obrıvalin imzalayıb.

“Aclıq” filmi 1920-ci illərdə Sovet Rusiyasında baş verən kütləvi aclıqdan, dünyanın bir çox ölkələrinin və ayrı-ayrı şəxslərin təbii fəlakətdən zərər çəkənlərə göstərdiyi beynəlxalq yardımdan bəhs edir. Mədəniyyət Nazirliyi isə filmdə “Rusiya Federasiyasının qanunvericiliyi ilə yayılması qadağan olunan məlumatlar aşkar edildiyini” bildirib.

Arxangelski sovet hakimiyyətinin inkar etmədiyi belə aclıqdan danışmağın hansı səbəbdən yasaqlı olduğu sualını verib və nazirliyin qərarını öz tarixinə, ailə yaddaşına xəyanət adlandırıb. O qeyd edib ki, filmdə müəllif mətni yoxdur - yalnız açıq arxiv sənədlərindən sitatlar gətirilib.

Ümumiyyətlə, son illərdə Kreml kommunizm dövründə baş verən hər hansı hadisənin mənfi çalarda işıqlandırılmasına veto qoyur. Son aylarda isə Rusiyada hökumətə yaxın radikal qüvvələr tərəfindən Stalinin şəxsiyyətinin yenidən bütləşdirilməsi prosesinin artması müşahidə edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR