İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: "Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində addımlar atılır"

313 09.12.2021 19:40 Siyasət A A


“Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır. Biz Cənubi Qafqazda sərhəd mübahisələrinin həlli, nəqliyyat yollarının açılması istiqamətində çalışırıq”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin tərəflərin sorğusu ilə Rusiyanın da dəstəyilə delimitasiyası, sonra isə demarkasiyası üçün ikitərəfli komissiya yaratmaq istiqamətində işlər görülməlidir” – deyən Rusiya rəsmisi sözügedən komissiyaya hər ölkədən nümayəndə heyətlərinin tezliklə təyin olunmasını gözlədiklərini diqqətə çatdırıb.

O həmçinin bildirib ki, üçtərəfli işçi qrup çərçivəsində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün səylər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR