İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN Almaniyanın səfirinə təpinib: “Rusofobiyadan əl çəkin!”

509 16.08.2023 14:28 Son xəbər A A

Almaniyanın Rusiyadakı yeni səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə etimadnaməsinin surətlərini təqdim edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Rusiya tərəfindən vurğulanıb ki, ikitərəfli münasibətlərin müxtəlif sahələrində Almaniya tərəfinin hərəkətləri qarşıdurma və qeyri-dostluq xarakterlidir”, - açıqlamada deyilir.

Qeyd olunur ki, Berlinin siyasəti Moskva ilə mövcud əlaqələri pozmağa yönəlib.

Rusiya XİN Almaniya sərhədini keçən rusiyalı turistlərin şəxsi avtomobillərinin tutulması və müsadirə edilməsi hallarını da xatırladıb.

Vurğulanır ki, Moskva Berlinlə münasibətlərdə “yalnız öz milli maraqlarına və Almaniyanın onları nəzərə almağa hazır olmasına” arxalanacaq.

Bundan əvvəl Aleksandr Lambsdorf bildirib ki, hazırda Ukraynada münaqişənin diplomatiya yolu ilə həlli imkanları azdır. O qeyd edib ki, Moskvada Almaniyanın Avropa İttifaqı və NATO-nun bir hissəsi kimi Ukraynanı dəstəkləməyə davam edəcəyini “diplomatik, lakin aydın şəkildə çatdıracaq”.

Rusiya Almaniyanın Moskvaya yeni səfiri Aleksandr Lambsdorfun təyin edilməsinə iyun ayında razılıq verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR