İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunda DƏHŞƏTLİ FAKTLAR

1612 07.07.2023 19:19 Son xəbər A A

Rusiyanın ordu rəhbərliyi nizam-intizam məsələsində ciddi problemlərin olduğunu etiraf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Priqojinin qiyamından sonra Müdafiə Nazirliyinin təşəbbüsü ilə irəli sürülmüş “Hərbi qulluqçunun statusu haqqında” qanun layihəsinə izahat yazısında deyilir.

Sənəddən göründüyü kimi, Şoyqunun tabeliyində olanlar orduda sistemli əsgərlərdən pul tələbləri, hərbi qulluqçuların hüquqlarına əməl edilməməsi, onların uyğun olmayan saatlarda işə cəlb edilməsi və digər sui-istifadə hallarına yol verildiyini etiraf edirlər.

Sənəddən belə anlaşılır ki, orduya xərclərin kəskin artmasına baxmayaraq, hələ də kifayət qədər pul çatışmır, komandirlər maddi-texniki təminat üçün tədbirlər təyin etmədən əmrlər verirlər. Məsələn, texnikanın və silahların təmiri, dəyişdirilməsi əsgərlərin hesabına həyata keçirilir. Nəticədə kadrların mənəvi, siyasi və psixoloji vəziyyətinin aşağı düşməsi və vaxtından əvvəl xidmətdən uzaqlaşdırılması halları baş verir.

Sənəd cəbhədən gələn əsgərlərin daimi şikayətlərini mahiyyətcə təsdiq edir:

- Cəbhənin ön xətlərinə getməmək üçün əsgərlərdən 100 min rubl rüşvət alınır;

- Məzuniyyətlə bağlı özbaşınalıq baş alıb gedir: Putinin əmrinə zidd olaraq ya rüşvətlə, ya da komandirlərin yaxınlarına verilir;

- Əsgərlər çox vaxt yeməkdən və dərmandan məhrum qalırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR