İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya onu Türkiyəyə təhvil verdi

1063 15.03.2024 17:08 Son xəbər A A

Rusiya İstanbulda işlədiyi hotelin sahibini öldürməkdə təqsirli bilinərək İnterpol xətti ilə axtarışda olan Özbəkistan vətəndaşı Xasanjon Aminovu Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.

Musavat.com-un məlumatına görə, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib:

"Bu gün A.N.Tupolev adına Vnukovo Beynəlxalq Hava Limanında Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları Özbəkistan vətəndaşı Xasanjon Aminovu Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil veriblər. O, qəsdən adam öldürmə ittihamı ilə İnterpol kanalları ilə axtarışa verilib".

Volk qeyd edib ki, Türkiyənin səlahiyyətli orqanlarının məlumatına görə, 2019-cu ilin iyul ayında İstanbulda hotelin əməkdaşı olan Aminov şəriki ilə birlikdə sahibini öldürərək Türkiyəni tərk edib:

"2023-cü ilin iyulunda təqsirləndirilən şəxsin axtarışı zamanı o, Rusiya Federasiyasının ərazisində Kazan şəhərində polis tərəfindən saxlanılıb".

2023-cü ilin dekabrında Rusiya Baş Prokurorluğu Türkiyə tərəfinin axtarışda olan şəxsin ekstradisiyası ilə bağlı vəsatətini təmin edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR