İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neftinə qiymət həddi - bir barel üçün 60 dollar

668 03.12.2022 13:47 İqtisadiyyat A A

Yeddilər qrupu (G7) ölkələri və Avstraliya dənizlə daşınan Rusiya mənşəli neftin bareli üçün maksimum 60 dollar səviyyəsində qiymət həddinin tətbiqinə dair razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki bu barədə ABŞ Maliyyə Nazirliyinin cümə günü yaydığı birgə bəyanatda deyilir.

Bəyanatda qeyd edilir edir ki, Rusiya neftinin qiymətinə məhdudiyyət "dekabrın 5-i və ya tezliklə" qüvvəyə minəcək. Qiymət həddi siyasətinin tətbiqi qaydalarının daha ətraflı detalları yaxın vaxtlarda iştirakçı ölkələr tərəfindən dərc olunacaq. Məhdudiyyətlərdən mümkün yankeçmə və yayınma hallarının qarşısını almağa yönələn zəruri tədbirlər lazımi qaydada öyrəniləcək.

Sazişin iştirakçısı olan ölkələr “qiymət tavanının effektivliyini və təsirini diqqətlə izləmək” niyyətində olduqlarını bildiriblər. "Biz lazım gəldiyi təqdirdə maksimum qiyməti nəzərdən keçirməyə və düzəliş etməyə hazır olacağıq", - deyə bəyanatda vurğulanır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR