İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrəvanı, ermənilər isə Ermənistanı itirəcək

866 13.03.2024 11:54 Siyasət A A

Rusiyalı politoloq ermənilərdən soruşur: “Yaxşı, biz getdik, siz nə edəcəksiniz?”

“Ermənilər həddən çox oynadılar. Cənubi Qafqaz, Ermənistan bizə sovet dövründə NATO, Türkiyə ilə bağlı vacib idi. Siz indi Rusiyadan nə istəyirsiz?”

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında deyib.

“90-cı illərdə sizi bu səbəblərdən başa düşürdük. İndi isə deyirsiz ki, ruslar, rədd olun! Yaxşı, biz getdik, nə edəcəksiniz? İran, Türkiyə, Azərbaycan və Gürcüstanın əhatəsindəsiniz. Hansı Fransadan danışırsız? Onlar ki, ora uçub gələ bilməzlər”, - Kalaşnikov bildirib.

İş ondadır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrliyə başlamalıdır. Parlamentin regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyasının sədr müavini, baş nazir Nikol Paşinyanın partiyasının üzvü Vaqarşak Akopyan deyib ki, burada qeyri-adi heç nə yoxdur. Ermənistan Aİİ orqanlarında sədrlik funksiyalarını tam şəkildə yerinə yetirmək niyyətindədir. 

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, hazırda Ermənistanda Rusiyaya qarşı nifrət ən yüksək nöqtəyə çatıb: “Ermənistanda Rusiya ilə əlaqələrin kəsilməsinin hansı sosial-iqtisadi fəlakətlərə səbəb olacağının fərqində olan adamlar var. Lakin onların sayı məhduddur. 44 günlük müharibədəki ağır məğlubiyyətdə Rusiya hakimiyyətini günahlandıran qüvvələr, bundan sonra ermənilərin bir neçə gün ərzində Qarabağ torpaqlarımızı tərk etməsinə rusların "göz yummasını", yəni Qarabağdakı rus hərbi kontingentinin onları müdafiə etməməsini bağışlaya bilmirlər. Sual olunur - əgər siz separatçıların təhriki ilə özünüz çıxıb gedibsinizsə, buna rus əsgəri nə etsin? Əksinə, ruslar 44 günlük savaşdan sonra Qarabağdan qaçıb getmiş on minlərlə erməninin sonradan geri qaytarılmasında böyük rol oynadılar. Ruslar onları buna təhrik etməsəydilər, qaçıb getmiş heç bir erməni geri qayıdan deyildi. Ruslara Qarabağda ermənilərin yaşaması hava-su kimi lazım idi - çünki onlar Qarabağa orada yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək adı altında daxil olmuşdular. Ruslar Qarabağı indi də tərk etmək istəyində deyillər - baxmayaraq ki, orada demək olar ki, erməni qalmayıb. Bu səbəbdən Qarabağ torpaqlarımızdan  ermənilərin rədd olub getməsində rusları günahlandırmaq absurddur". 

Sabiq nazir onu da qeyd etdi ki, indi erməni hökuməti Rusiyadan inciyib: “Tarix boyu özünə yer tapa bilməyən bu əcinnələr indi də Qərb-Fransa eşqinə düşüblər. Anlamırlar ki, bu gediş sonda onlara Qarabağda yaşadıqlarını yaşadacaq. Erməni hökumətinə rəhbərlik edənlərin bir zərrə qədər ağlı varsa, bu durumda onlar yalnız Rusiyanın ətəyindən yapışmalıdılar. Çünki bu ölkənin varlığı məhz Rusiya ilə bağlıdır. Dörd bir tərəfdən türklərin əhatəsində olan bir xalqın bu çılğınlığı onun sonunu gətirəcək. Vaxtilə Rusiyanın müəllifliyi ilə yaradılmış Ermənistan adlı bu dövlətcik indi ciddi çatlar verərək dağılmaq üzrədir”. 

Müsahibimiz Ermənistanla Rusiya arasındakı iqtisadi əlaqələrlə bağlı çox maraqlı statistika açıqladı: “Rusiyanın təsirindən çıxmaq üçün çaba göstərən Ermənistan hökuməti anlamır ki, bu gün onun iqtisadiyyatının 80%-i birbaşa və dolayı formada Rusiyanın caynağındadır. Bu gün Ermənistanın enerji resursları ilə təminatının da 80%-ə qədəri Rusiya tərəfindən həyata keçirilir, Ermənistan Rusiyadan qazı dünya bazarlarında qazın qiymətlərindən iki dəfə ucuz alır. Rusiyadan Ermənistana elektrik enerjisi və digər resurslar da çox ucuz qiymətə satılır. Ermənistanın idxalının 70%-dən çoxu, ixracının 41%-i Rusiyanın payına düşür. Bu gün iqtisadiyyatı tam çökmüş Ermənistan öz ümumi daxili məhsulunu əsas iki mənbə hesabına ayaqda saxlaya bilir. Bunlardan birincisi Ukrayna ilə müharibə səbəbindən idxalı Rusiyaya qadağan olunmuş malları üçüncü ölkələrdən alıb gətirərək, sonradan onları Rusiyaya satmaqla əldə olunan qazancdırsa, digəri Rusiyada çalışan yüz minlərlə erməninin Ermənistana göndərdiyi az qala Ermənistanın bir illik dövlət büdcəsi həcmində olan vəsaitlərdir. Bəzi hesablamalarla bu göndərişlərin illik həcmi 4,0 milyard dollar səviyyəsindədir. Gəlin Ermənistanın ümumi daxili məhsulunun strukturunda bu iki komponentin roluna baxaq.

Beləliklə, Ermənistandan Rusiyaya ixracın həcmi 2021-ci ildəki 841 milyon dollardan 2023-cü ildə 3,4 milyard dollara qədər artıb. Bir sözlə, Rusiya-Ukrayna müharibəsinin getdiyi iki il ərzində Ermənistandan Rusiyaya ixracın həcmi 4 dəfədən çox və ya 2,6 milyard dollar artıb. Rusiyadan çalışan erməni miqrantlar da hər il Rusiyadan Ermənistana 4 milyard dollar ətrafında vəsait göndərirlər. Təsəvvür edirsinizmi Ermənistan Dövlət Statistika Komitəsinin bu ölkənin 2023-cü il üçün bəyan etdiyi 23,5 milyard dollar ümumi daxili məhsulun 6,6 milyard dolları (2,6 + 4,0) bu iki göstəricinin hesabına formalaşır. Bu, Ermənistan iqtisadiyyatının 30%-ə qədərinə bərabər bir rəqəmdir. Xatırladaq ki, Rusiya Ukrayna müharibəsi başlayana qədər - yəni 2021-ci ildə Ermənistanın ümumi daxili məhsulu cəmisi 17,3 milyard dollar olub.

Rusiya son 30 ildə Ermənistana ölçüyə gəlməyən qədər pulsuz silah-sursat verib. Ayrı-ayrı vaxtlarda Ermənistana satılmış silahlara görə yaranmış milyardlarla rublla ölçülən borcları əvəzsiz silib. Otuz ildən çoxdur ki, erməni dövlətciyinin sərhədlərini ruslar qoruyur və bu gün Ermənistan ərazisində Gümrüdəki hərbi baza başda olmaqla, Rusiyanın bir neçə hərbi bazası mövcuddur. 

Bütün bu deyilənlər ortadaykən, Ermənistan Rusiyanın caynağından necə qopmaq istəyir? Axı Rusiya sabah öz ərazisində çalışan bir neçə yüz min erməni miqrantı müxtəlif bəhanələrlə geriyə, Ermənistana qaytarsa, Ermənistan hökuməti nə edəcək? Və ya Rusiya Ermənistana verdiyi qazın, elektrik enerjisinin və digər resursların qiymətini dünya bazarlarındakı qiymətlər səviyyəsinə qaldırsa, erməni hökuməti nə edəcək? Enerji böhranı içində boğulan Qərb, Fransa Ermənistana qazı, elektrik enerjisini haradan və necə verəcək?

Azərbaycan dilində bir yaxşı misal var: “Köpək yatar qaya kölgəsində, elə bilər ki, öz kölgəsidir”. Bu kontekstdə ermənilər bu gün tam olaraq ağlını itirmiş bir haldadırlar. Bizim üçün daha yaxşı - Rusiyanın əli ilə öz dövlətlərini məhv etsinlər..."

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR