İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Azərbaycan arasında ticarətin 60 faizi milli valyutalarda aparılır - Yevdokimov

379 05.06.2024 23:00 Dünya A A

Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmaların təxminən 60 faizini milli valyutalarda - rubl və manatla aparırlar.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Bakıda nəşr olunan rusdilli “Sabah” jurnalına müsahibəsində məlumat açıqlayıb.

Səfir əmindir ki, bu rəqəm daha da artacaq. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar və onun tərəfdaşlarına təzyiqlərin artması fonunda sabit, müstəqil maliyyə infrastrukturunun yaradılması üçün birgə fəaliyyətin əhəmiyyəti artır: “İndi hər kəsə aydındır ki, bu, kollektiv Qərbin deyil, öz milli maraqlarına cavab verən öz müstəqil siyasi kursunu həyata keçirməyə çalışan istənilən dövlətin milli təhlükəsizliyi üçün son dərəcə vacibdir”.

Səfir vurğulayıb ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollardan bir qədər çox olub: “Bu, pul baxımından 2022-ci illə müqayisədə 2,6 faiz azdır, lakin fiziki həcmdə ticarət dövriyyəmiz təxminən üçdə bir qədər artıb”.

Yevdokimov rusiyalı investorların Azərbaycana böyük marağı olduğunu qeyd edib: “Hazırda burada Rusiyanın iştirakı ilə ümumi dəyəri təxminən 6,7 milyard dollar olan 16 investisiya layihəsi həyata keçirilir”. Son nümunələrdən biri kimi səfir mart ayında Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlanılmasını göstərib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR