İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya FHN məlumat yaydı: “Krokus”da 477 nəfər...

1879 23.03.2024 08:57 Gündəm A A

Rusiyanın Moskva vilayətindəki “Krokus siti holl”da baş verən yanğının söndürülməsinə 477 nəfər və 183 texnika cəlb olunub.

Musavat.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Təcili yardım xidmətindən isə 192 nəfər və 79 texnika cəlb edilib. Ölən və yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir.

Daha əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, xilasedicilər "Krokus"un auditoriyasına daxil ola biliblər.

Həmçinin, Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun konsert zalında törədilən terror aktında yaralananların paytaxtın 12 xəstəxanasına yerləşdirildiyini bildirib. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Rusiya prezidenti Vladimir Putinə insanların xilası üçün görülən tədbirlər barədə məlumat verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR