İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya cəmi 3–4 “Oreşnik” raketi ilə qalıb – 2026-da kütləvi istehsala keçəcək

1368 24.01.2026 16:53 Dünya A A

Ukrayna xarici kəşfiyyat xidməti Rusiyanın strateji raket imkanları ilə bağlı diqqətçəkən açıqlama yayıb. Məlumata görə, hazırda Moskvanın arsenalında “Oreşnik” tipli raketlərdən cəmi 3–4 ədəd qalıb.

Musavat.com xəbər verir ki, Ukrayna kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rusiya 2026-cı ildə bu raketlərin seriyalı istehsalına başlamağı planlaşdırır və ildə azı 5 və daha çox “Oreşnik” raketi istehsal etməyi hədəfləyir.

Qeyd olunur ki, mövcud ehtiyatın azlığı Rusiyanın uzunmüddətli hərbi əməliyyatlar üçün bu tip silahlara ciddi ehtiyac duyduğunu göstərir. Ekspertlər hesab edirlər ki, “Oreşnik” raketlərinin kütləvi istehsalına keçid Kremlin həm hərbi, həm də siyasi strategiyasında mühüm yer tutur və regionda təhlükəsizlik balansına birbaşa təsir edə bilər.

Ukrayna tərəfi bildirir ki, bu planların həyata keçirilməsi Rusiyanın hərbi sənaye kompleksinin imkanlarından və beynəlxalq sanksiyaların real təsirindən asılı olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR