İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bankının Qazaxıstandakı törəməsi Qətərə satıldı

750 20.05.2024 20:53 İqtisadiyyat A A

Rusiya “Sberbank”ının keçmiş törəmə bankı olan Qazaxıstanın “Bereke Bank”ı satılıb. Musavat.com İnterfaksa istinadən xəbər verir ki, maliyyə qurumunu Qətərin “Lesha Bank” MMC bankı alıb.

Qətər bankının yaydığı məlumata görə, martın 31-də “Lesha Bank” və “NMH Baiterek” ASC arasında “Bereke Bank”ın Qazaxıstan Respublikasındakı bütün nizamnamə kapitalının 65 milyard tengeyə (indiki məzənnə ilə 146,6 milyon ABŞ dolları) alınması üçün alqı-satqı müqaviləsi bağlanıb.

Lesha Bank 14 fevral 2024-cü il tarixində adı açıqlanmayan Qazaxıstan bankının səhmlərinin 100 faizini Beiterek holdinqindən almağı planlaşdırdığını elan etmişdi. Eyni zamanda bir müddət əvvəl Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova Qətərdən olan investorun Bereke Banka marağı olduğunu açıqlamışdı. Bildirilib ki, sövdələşmənin qiyməti Qətər investoru tərəfindən bankın qiymətləndirməsi əsasında müəyyən ediləcək.

Bereke Bankı almağa Avropa Yenidənqurma və İnkişaf Bankı, BƏƏ, Qətər və Gürcüstan banklarından olan investorlar maraq göstərib.

Xatırladaq ki, “Sberbank”ın Qazaxıstandakı törəməsi 2022-ci ilin martında ABŞ-ın sanksiyalarına məruz qalıb. 2022-ci ilin sentyabrında “Sberbank” törəməsini “Baiterek”ə satıb. Əməliyyatdan sonra maliyyə təşkilatı adını Bereke Bank olaraq dəyişib. Həmin ay bankın yeni sahibi maliyyə institutuna qarşı sanksiyaları ləğv etmək üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə (OFAC) sənədlər paketi təqdim edib.

OFAC 8 Mart 2023-cü ildə Bereke Bankı sanksiyalar siyahısından çıxarıb.

Qazaxıstan Milli Bankının məlumatına görə, 1 dekabr 2023-cü il tarixinə Bereke Bank ölkədəki 21 bank arasında aktivlərin həcminə görə 9-cu yerdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR