İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ATƏT-i tərk edirmi - Lavrovdan maraqlı bəyanat

1116 14.02.2024 16:25 Dünya A A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxması məsələsinin hələlik müzakirə olunmadığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Xarici işlər nazirliyinin rəhbəri bunu Dövlət Dumasında keçirilən “hökumət saatı”nda deyib.

Lavrovun sözlərinə görə, bu məsələ artıq gündəmdədir.

“Müttəfiqlərimizin bizi təqib edib-etməyəcəyi başqa sualdır və burada təbii ki, onların mövqeyi tam nəzərə alınmalıdır”, - deyə Lavrov qeyd edib.

Bundan başqa Lavrovun iddiasına görə, Qərbin Rusiyanı təcrid etmək cəhdləri iflasa uğrayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR