İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivlərindən əldə edilən gəlirlərlə bağlı məsələ HƏLLİNİ TAPMIR

510 22.03.2024 02:58 Dünya A A

Avropa İttifaqı dövlət və hökumət başçılarının sammitində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin müsadirə edilməsinə dair praktiki qərarlar razılaşdırılmayıb, nazirlərə Avropa Komissiyası və Aİ diplomatik xidmətinin təklifləri üzərində işi davam etdirmək tapşırılıb.

“Report”un məlumatına görə, bu barədə sammitin yekun bəyanatında deyilir.

“Aİ sammitində mümkün hərbi dəstək də daxil olmaqla, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya yönləndirilməsi istiqamətində gələcək konkret addımlar üzrə irəliləyiş nəzərdən keçirilib.

Sammitdə Aİ Şurasına Avropa Komissiyası və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin son təklifləri üzərində işi davam etdirməyə çağırılıb”, - sənəddə deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR