İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus jurnalistin Qaraqaya yüksəkliyi haqda yalanını bir daha ifşa edildi VİDEOFAKT

4734 21.07.2020 18:23 Gündəm A A

Rus jurnalistin Qaraqaya yükəkliyi ilə bağlı hazırladığı videoreportajın yalan olması bir daha ifşa edilib.

Xəbər verdiyimiz kimi, youtube sosial şəbəkəsindəki "Wargonzo" kanalında Tovuz rayonun Ağdam kəndi istiqamətində olan Qaraqaya yüksəkliyinin ermənilər tərəfindən ələ keçirilməsi ilə bağlı məlumat yayılıb.

Həmin videoreportajı hazırlayan jurnalist Qaraqayada olduğunu iddia edərək yüksəkliyin ermənilərin nəzarətinə keçdiyini deyir. Amma bunun yalan olduğunu biz də ifşa etdik. Çünki Qaraqaya yükəkliyinə həmin jurnalistin qalxması, orada çəkiliş etməsi mümkün deyil. Çünki həmin istiqamətdə şiddətli döyüşlər gedib və hazırda orada hərəkət tam dayanıb. Həm də rus jurnalistin göstərdiyi kənd Ağdam yox, Əlibəyli kəndi idi.

Hazırda Qaraqaya Azərbaycan ordusunun nəzarətindədir. Ermənilər sonuncu dəfə iyulun 14-də həmin yüksəkliyə hücum edərək ələ keçirmək istəyirdi. Lakin bu cəhdləri də baş tutmadı.

Rus jurnalist videoreportajında nə deyirdi?

İddia edir ki, guya Qaraqayadadır və oradan Ağdam kəndi görünür.

Onun sözlərinə görə erməni tərəfi jurnalistləri ora buraxmır.

İlk reportyor kimi həmin əraziyə getdiyini iddia edən jurnalist guya erməni hərbçilərin onları müşayət etdiyini də deyir. Amma onların üzünü göstərə bilmirmiş...

Olduğu yüksəkliyin Azərbaycan snayperlər üçün əl çatan olduğunu deyən jurnalist orada necə rahat gəzə, çəkiliş edə bilir? Şiddətli döyüşlərin getdiyi bir zamanda...

Rus jurnalist qərəzli olduğunu daha bir ifadəsi ilə təsdiq edir. Bildirir ki, Azərbaycan tərəfi bu istiqamətdən erməni kəndini atəşə tutur. Əsas da Çinari kəndini vurur.

İyulun 12-dən atəşə tutulan Tovuz kəndləri deyilmi? Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov dünyasını dəyişmədimi?

Biz rus kür alistin dediklərinin yalan olduğunu bir neçə dəfə faktlarla izah etdik.

Bu dəfə isə "Yamacda ev" youtube kanalı rus jurnalisti ifşa edib.

Azərbaycanlı youtuber hazırladığı videoda ətraflı olaraq izah və şərh verir.

"Bilirəm ki, Rusiya Ermənistanı dəstəkləyir - bütün vasitələr və qüvvələrlə. Media vasitəsilə, silah ötürməklə, satmaqla. Orada 102-ci baza yerləşir. Ermənistan Rusiyanın forpostudur. Forpostu da dəstəkləmək lazımdır. İnformasiya müharibəsində Ermənistan tərəfindən çıxış eləmək lazımdır və s. Siz bu işi görürsünüzsə, onu da keyfiyyətli görmək lazımdır, saxtalığı dərhal hiss olunur. Kanal var, "Wargonzo", yeni video yerləşdirilib. Video “Azərbaycan Ermənistanı hardan güllə-baran edir” adlanır. Operator haradasa oturub, kəndi çəkir"- youtuber şərh verir.

Videoda youtuber şərhini davam etdirərək bildirir:

"Baxın, bu, erməni postudur. Bu post Azərbaycan ərazisində yerləşir. Artıq neçə ildir ki, buradadır. Bu isə Azərbaycan postudur. Biz Ermənistan ərazisinə keçməmişik. Bu da həmin videodakı kənddir, bizim sahələr, zəmilərdir. Görürsünüz? Özünüz google-dakı bu möhtəşəm resursu (xəritə) açıb, baxa bilərsiniz. Bu (yəni rusun öz videosunda göstərdiyi), iyulun 12-dən sonra hadisələrin cərəyan etdiyi yer, ermənilərin ələ keçirməyə çalışdığı yüksəklik deyil. Döyüşlər burada gedir (göstərir). Bu istiqamətdə. Bura Qaraqayadır, Ağdam kəndi isə buradadır. Rusiyalı jurnalist ya pula görə, ya qəlbinin səsi ilə Ermənistan tərəfdə dayanıb. Orada da ermənilər heç nəyi azad etməyiblər. Elə çəkmək lazımdır ki, həqiqəti həzm eləmək mümkün olsun".

Müqayisə üçün aşağıda hər iki videonu yerləşdiririk. Hər kəs iki videonu izləyib həqiqəti görə bilər.

İlkin Muradov
Musavat.com

Rus jurnalistin təxribatçı videosu:

Azərbaycanlı yutuberin videosu:



İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR