İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruhi xəstə gecəyarısı polisi ayağa qaldırdı – Bomba həyacanı

568 24.05.2022 16:37 Kriminal A A

Mayın 4-də saat 4.50-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb.

Musavat.com xəbər verir ki, dərhal Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Ağsu rayon polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR