İnsanlara hürriyət, millətlərə istiqlal!

Röya Ayxan Moskva terrorunda ölə bilərmiş: "2 dəqiqədən sonra səhnəyə çıxacaqdım..." - VİDEO

3207 22.03.2024 23:04 Son xəbər A A

"2 dəqiqədən sonra səhnəyə çıxacaqdım, bu hadisə baş verdi".

Xalq artisti Röyan Ayxan bu gün Moskvada "Crocus City Hall”da baş verən dəhşətli hadisədən danışarkən deyib. Müğənni hadisənin onun konsert verəcəyi zalın yaxınlıqda baş verdiyini deyib:

"Hər kəsə demək istəyirik ki, biz yaxşıyıq. Hadisə digər zalda, başqa müğənninin konsertində baş verdi.
Ümid edirəm ki, heç bir azərbaycanlıya heç nə olmayıb. Biz isə buradan çıxmağa yol tapacağıq".

Xatırladaq ki, Xalq artisti Röya Ayxanın Moskvada “Vegas City Hall”dakı konserti təxirə salınıb. Buna “Crocus City Hall” ın konsert zalında baş verən silahlı insident səbəb olub. Baş verən atışma nəticəsində 12 nəfər qətlə yetirilib.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR