İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ronaldonun transferi bizim fəlsəfəmizə uyğun deyil"

573 07.07.2022 15:09 İdman A A

"Bavariya"nın baş icraçı direktoru Oliver Kann "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, o, "Kicker"ə açıqlamasında 37 yaşlı hücumçunun Münhen təmsilçisinə uyğun olmadığını deyib:

"Ronaldoya qarşı böyük hörmətim var. Onun futbol tarixinin ən yaxşı oyunçularından olduğunu deyə bilərəm. Ancaq bu transfer bizim fəlsəfəmizə uyğun deyil".

Qeyd edək ki, Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 oyunda 24 qol vurub və 3 qolun ötürməsini verib. Onun yaxında klubdan ayrılacağı gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR