İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlərə növbəti dərs: Paşinyan indi erməni xalqı ilə açıq danışsın...

2986 16.11.2021 18:45 Gündəm A A

Sərhəddə baş verən erməni təxribatlarına Azərbaycan Ordusu layiqincə cavab verdi. 8 noyabrdan - Zəfərimizin 1 illiyindən, ardınca İstanbulda Türk Dövlətləri Təşkilatının iclasından sonra ermənilər təxribatlar törətməklə sanki özlərini göstərirdilər: Bir neçə gün idi ki, dinc durmur, mövqelərimizə atəş açırdılar. Norayr Mirzoyan adlı Ermənistan vətəndaşı Laçın dəhlizindən keçərkən terror aktı da törətdi, Şuşa yaxınlığında - Daşaltı postunda dayanan əsgərlərimizə qumbara atdı. Elə həmin gündən erməni silahlı birləşmələri, Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidəki qanunsuz silahlı birləşmələr daha da azğınlaşmağa başladı.

Sülh müqaviləsindən danışıldığı bir zamanda Ermənistan tərəfi açıq-aşkar aranı qatdı.

Bəli, sərhəddə son baş verənlər məhz sülh prosesinin qarşısını almaq üçün edilən cəhdlər kimi qiymətləndirilməlidir.

995588.jpg (76 KB)

Sirr deyil, Ermənistanda revanşist qruplar var. Köçəryan, Sərkisyan qruplaşmaları sülh sazişinin, sərhədlərin delimitasiyasının baş tutmaması üçün cəhdlər göstərirdilər.
Belə bir ərəfədə Ermənistanın iki gün öncə işdən azad edilən Müdafiə Nazirinin qanunsuz olaraq Xankəndinə gəlməsi də təsadüfi deyildi.
Bütün bunlar sülh prosesini, Zəngəzur dəhlizinin açılmasını tormozlamağa hesablanmış addımlar idi.

Əlbəttə, bu gedişat Nikol Paşinyanın heç də xeyrinə olan məsələlər deyil və onun hakimiyyətinə problemlər yarada bilər. Düzdür, Paşinyan özünü o yerə qoymur, reallıqları açıq şəkildə dilə gətirmir. Ancaq fakt faktlığında qalır: Ermənistanın, onun baş naziri Paşinyanın 10 noyabr Bəyannaməsinə əməl etməkdən başqa yolu yoxdur.
Paralelində isə Paşinyan ölkəsindəki revanşistlərin, habelə erməni lobbisinin təhdidindən də çəkinmiş kimi görünür, sülh müqaviləsini, Zəngəzur dəhlizi ilə bağlı bir anlaşmanı, sənədi imzalamağa ehtiyat edir.

Belə bir durumda isə revanşistlər özlərini savaş meydanına soxdular. Görünən budur ki, Paşinyan iqtidarı özü də onlara bu şəraiti yaratdı. Ona görə belə etdi ki, Nikol erməni ordusunun hansı rəzil, zəifləmiş durumda olduğunu bilir və ona görə də anlayırdı ki, cəmisi bir neçə saata Azərbaycanın qüdrətli Ordusu onları yerində oturdacaq. Revanşistlərə deməyə sözü var indi...

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlardan aydın olur ki, hərəkətlənən, postlarımıza qəfil hücum edən erməni silahlı birləşmələri qısa müddət ərazində darmadağın edilib, canlı qüvvə və texnikaları məhv olunub. Sitat: "Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
Qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır".
Bir neçə təxribatçının əsir düşdüyü və ya özlərini könüllü olaraq Azərbaycana əsgərlərinə təslim etmələri haqda da qeyri-rəsmi məlumatlar yayılıb.

Qısacası, Azərbaycan Ordusu revanşistlərə soyuq, yağışlı, qarlı-şaxtalı gündə daha bir dərs verdi.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, əgər Ermənistanda kimlərsə revanşist iddialara düşərsə, təxribatlara cəhd edərsə, DƏMİR YUMRUQ yerindədir, yenə peşman ediləcəklər. Belə də oldu!

İndi ermənilər bir daha anlamış oldular ki, Azərbaycanla hesablaşmaqdan, mənasız, sərsəm iddialarından əl çəkməkdən başqa variantları yoxdur.
Paşinyanın ağlı olsa, erməni xalqına müraciət edər, açıq danışar. Deyər ki, buyurun, bu da sizə revanişistlərin dirənişi, yenə erməni xalqına faciələr yaşadırlar. Paşinyan indi onu sülh müqaviləsinə imza atmamağa çağıranlara, buna mane olmaq istəyən müəyyən qrup ermənilərə deyə bilər ki, durumumuza baxın, 3 saat tab gətirə bilmədik. Habelə cəsarəti olsa, deyər ki, sülh müqaviləsinin əleyhinə çıxanlar Ermənistanı məhv etmək istəyənlərdir, alın, bu da sizə yeni faktlar, yeni faciələr! Daha onun harasa zəng etmək limiti, şansı da qalmayıb...

pashik_telefon.jpg (39 KB)

Bütün hallarda baş verənlər erməni xalqını revanşistlərə qarşı çıxmağa, onları dışlamağa təşviq edir. Və bütün hallarda situasiya Azərbaycanın xeyrinədir! Bizim üçün qorxulu heç nə yoxdur! Təsəvvür edin durumu: 2020-ci ilin sentyabrınadək təxribatlar Ağdam, Ağcabədi, Tərtər, Füzulidə...
baş verirdi. İndi isə ermənini yerində oturtma əməliyyatları Basarkeçər rayonu, Gorus-Qafan yaxınlığında - Zəngəzurda cərəyan edir. Azərbaycan Gorus-Qafan yolunda yoxlama, gömrük postları qurub! Fərqi təsəvvür edə bildinizmi?..

İndi erməni xalqı, habelə erməniyə canı yananlar bir daha düşünməlidir və Paşinyandan sülh müqaviləsini imzalamağı tələb etməlidir.
Revanşistlər onların sonunu gətirəcək, daim qırğına verəcək, bunu bir daha anladılar. Paşinyan bunu Ermənistan ictimaiyyətinə açıq söyləməlidir. Bir daha başa salmalıdır ki, tezliklə sülh müqaviləsi imzalamasa, Zəngəzur dəhlizi işə düşməsə, revanşistlər sıradan çıxarılmasa, təxribatlara son qoyulmasa, Ermənistanı çox böyük fəlakətlər gözləyir.
Bu kontekstdə son hadisələr Ermənistan və erməni xalqı üçün SOS-dur.

Buyur, Paşinyan, erməni xalqı ilə açıq danış...

koshe shekli.jpg (85 KB)

Elşad MƏMMƏDLİ, 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR