İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Kərimovun ölkədən çıxışına QADAĞA QOYULDU

1751 27.08.2025 12:03 Ölkə A A

İsmayıllı rayonunda yerləşən Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYA) "9 nömrəli Yol İstismarı" MMC-nin direktoru Rəşad Kərimovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Musavat.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, buna səbəb R.Kərimovun rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1270960.76 AZN vergi borcunun olmasıdır.

Qeyd edək ki, nizamnamə kapitalı 2.5 milyon manat olan olan "9 nömrəli Yol İstismarı" MMC-nin qanuni təmsilçisi olan R.Kərimov 2018-ci ildən sözügedən qurumun rəisi vəzifəsində çalışır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR