İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı qurultayqabağı təbliğat kampaniyasına bölgələrdə yekun vurub - FOTOLAR

952 26.09.2014 19:27 Reportaj A A

Müsavat başqanlığına namizəd Tural Abbaslı qurultayqabağı təbliğat kampaniyasına bölgələrdə yekun vurub. Başqanlığa namizəd sentyabrın 26-da Salyan, Cəlilabad və İmişli seçiciləri ilə görüşüb.

İlk olaraq Tural Abbaslı Salyana səfər edib. Rayon təşkilatının sədri Nizami Osmanoğlu qurultay üzvləri və təşkilatın vəziyyəti ilə bağlı qonaqlara məlumat verib. Ardınca başqanlığa namizəd seçicilər qarşısında çıxış edib. Başqan seçilərsə, görəcəyi işlərlə onları tanış edib. Görüş zamanı iki gənc öz istəkləri ilə Müsavat Partiyasına üzv qəbul olunublar. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Ardınca Tural Abbaslı Cəlilabadda olub. Rayon təşkilatının sədri Hidayət İsmayılov qurultayla bağlı Bakıda olduğuna görə, qonaqları sədrin müavini Əli Pənah bəy qarşılayıb. Sədr müavini çıxış edərək, Hidayət İsmayılovun qurultayla bağlı Bakıya getdiyini və görüşü təşkil etməyi ona həvalə etdiyini bildirib. Tural Abbaslı çıxışında görüşə gəldiklərinə görə hər kəsə təşəkkürünü bildirib. Qurultayda istənilən nəticəyə hazır olduğunu söyləyib. Daha sonra o, seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Axşam saatlarında Tural Abbaslı İmişliyə səfər edib. Bununla da başqanlığa namizədin təbliğat kampaniyası çərçivəsində görüşlərinə yekun vurulub.

Cavanşir ABBASLI    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR