İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi tarix yazdı, Norveçə qalib gəldi, indi komandamız qrup lideridir - VİDEO+FOTOLAR

14639 08.10.2016 20:55 Reportaj A A

Azərbaycan millisi bu gün növbəti oyununu keçirir. Musavat.com saytının verdiyi məlumata görə, yığmamız  DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb. 
 
UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını Bakı Olimpiya Stadionunda qəbul edir.
 
İlk matçına səfər qələbəsi ilə başlayan millimiz, hazırda San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə çalışır. 

İlk hissəni qalib bitirən millimiz, Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməmişdi. Futbolçularımız artıq tilsimi qırmağı da bacardı. Matçın əvvəllərində rəqib qapısına yol tapan Maksim Mevdevev oldu. 
 
Bu matçda qazanacağımız xal, komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnəcək. Yığmamızın turu zirvədə bitirməsi üçün Norveç üzərində qələbə ilə yanaşı, digər görüşlərin də nəticələri vacibdir. 

Oyunun birinci hissəsində olduğu kimi, ikinci hissədə də millimizin qapıçısı Kamran Ağayev gözəl oyun keçirir, ard-arda komandamızı qoldan xilas edir.

Oyun 1:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.

 
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
 
C qrupu
II tur
8 oktyabr
Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 12
 
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
 
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedov, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Namik Ələsgərov, 11. Rauf Əliyev, 15. Ruslan Abnşov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev, 22. Tərlan Quliyev
 
Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alesami, 3. Even Hovland, 4. Stefan Strandberq, 7. Coşua Kinq, 10. Markus Henriksen, 19. Per Silyan Skilberd, 16. Yonas Svensson, 18. Ole Salnes, 20. Adama Diomande, 21. Pal Andre Helland
Ehtiyat oyunçular: 12. Oryan Niland (q), 22. Andre Hansen (q), 5. Aleksandr Tetti, 6. Ruben Qbrielsen, 8. Stefan Yohansen, 9. Aleksandr Sorlot, 11. Tarik Elyunusi, 13. Martin Samuelsen, 14. Veqar Hadenstat, 17. Conatan Parr, 19. Ruben Yensenn, 23. Co İnge Bergett

Məhəmməd Türkmən 
Musavat.com
Fotolar müəllifindir 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR