İnsanlara hürriyət, millətlərə istiqlal!

Reanimasiyaya yerləşdirilən 41 yaşlı aparıcı VƏFAT ETDİ

2368 17.11.2021 18:20 Dünya A A

Rusiyalı aparıcı Kristina Asmalovskaya COVID-19-dan vəfat edib.

Musavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda onun həmkarı Tatyana Çernyayeva sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, 41 yaşlı Kristina yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Tatyana ötən gün ölən aktrisanın COVID-19-a qarşı peyvənd olunub-olunmamasına da aydınlıq gətirib. O, Kristinanın vaksin olunmadığını bildirib.

Xatırladaq ki, K.Asmalovskaya 1980-ci il mayın 21-də Moskvada anadan olub. O, 7 il uşaqlar aid olan “ABVQDeyka” proqramında aparıcılıq edib. “Tantsı so zvyozdami” adlı telelayihədə iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR