İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"da ciddi itki -Asensio növbəti mövsümü buraxa bilər

516 24.07.2019 16:21 İdman A A

"Real"ın futbolçusu Marko Asensio zədələnib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi Beynəlxalq Çempionlar kubokunda "Arsenal"la matçın (2:2) ikinci hissəsində ciddi zədə alıb. O, meydanı xərəklə tərk edib.

Tibbi müayinədən keçən 23 yaşlı oyunçunun sol diz ön çarpaz bağlarının qopduğu müəyyənləşib. Onun növbəti mövsümü buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, Asensio London klubu ilə görüşdə 59-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR