İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

2686 26.03.2024 14:48 Şou-biznes A A

"Sonaxanım Əliyeva özünə umac uma bilmir, başqasına əriştə kəsir".

Musavat.com xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında filologiya elmləri üzrə fəlsəfə doktoru Anar Vəziroğlu Gənc Tamaşaçılar Teatrının aktrisası Sonaxanım Əliyevanın rayonluları aşağılaması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, ailəsi ilə yola gedə bilməyən bir aktrisanın rayon əhalisini aşağılamağa ixtiyarı yoxdur:

"Onu tanıyıram. Dəfələrlə bir verilişdə olmuşuq. Öz doğma qardaşı ilə dil tapıb dolana bilməyən bir aktrisa kimdir ki, bu qədər insanı təhqir eləsin? Qardaşı ilə arasında problemi var idi. Qardaşından şikayət etmişdi, səhv etmirəmsə, ondan 10 min istəyirdi. Qardaşı dedi ki, biz o pulu ona verəcəyik, əl çəksin. Sonaxanım deyir qoy mən qışqırım ki, səsim eşidilsin. Onun başqa nəyi var? Özü də bilmir nə danışır".

Ekspertin fikirincə, Sonaxanım Əliyeva bu fikiri səsləndirdə heç nəyi hesablamayıb:

"Bilmir ki, onun arxasınca kim nə deyəcək. Çünki insanın dərrakəsi olmalıdır. Sözü söz xətirinə deyib. Sonaxanım özü bakılı deyil, gəlmədir. Onda bu qadına üzümü tutub deyirəm, ay Sonaxanım, sən rayonlarda hansı şəraiti yaratdın ki, sənin kimi qadınlar da o şəraiti görüb kəndində qalıb yaşasın? Axı onlar da sənin kimi insanlardır. İstəyir işləsin, ailəsinə baxsın, axşamlar da əylənməyə çıxsın. Sonaxanım, bunlar rayonda var? Yoxdur. O bədbəxt neyləməlidir? Sən gündə ordan-bura, burdan-ora gedirsən. Onlar da bunu efirdən görür, deyir elə gedim Bakıda yaşayım da. İnsanın təlabatları var, baxma ki, harda doğulur. Onların da yaxşı yaşamaq istəyi var. Necə ola bilər ki, sən kef edə bilərsən, amma onlar yox? Hər insanın məqsədi var. Bir aktrisaya yaraşarmı insanları bölmək? Bundan sonra Bakıya gələnlər səndən icazə almalıdır ki".

Qeyd edək ki, aktrisa Sonaxanım Əliyeva efirlərin birində rayonluları aşağılayıb. Aktrisa rayonlardan Bakıya axın edən gənclərin sayının çoxaldığını vurğulayıb:

"Avaralığa gəlirlər. Rayondan gələnlərin əlindən şəhərdə nəfəs ala bilmirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR