İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Ermənistanın "SİLAH ANLAŞMASI" ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

947 26.07.2024 08:50 Region A A

Xəbər verdiyimiz kimi, İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsi imzalandığı barədə iddialar ortaya atılıb. Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollarlıq gizli razılaşmaya dair xəbərləri təkzib edib.

Nazirliyin mətbuat katibi Aram Torosyan bu barədə məlumat yaymış "İran international" nəşrini "uydurma" adlandırıb. Onu da bildirək ki, Tehran məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Musavat.com xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran və Ermənistan arasında hərbi müqavilə bağlanması xəbərinə münasibət bildirib. Sübhani yayılan məlumatları təkzib edib.

Səfir əlavə edib ki, belə xəbərlərin dərc edilməsinin məqsədi İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına mənfi təsir göstərməkdir.

"İran regionda sülh, sabitli və iqtisadi inkişafın tərəfdarıdır" - Sübhani İran mediasına açıqlamasında deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR