İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu Güneylə bağlı Türkiyə mediasına çağırış etdi - Ankarada tanınmış imzalarla görüş - VİDEO, Fotolar

1058 07.12.2022 17:53 Region A A

Ankarada səfərdə olan TAİB nümayəndələri bu gün Türkiyə Qazeteciler (Jurnalistlər) Cəmiyyətinin baş ofisini ziyarət ediblər.

Musavat.com xəbər verir ki, Cəmiyyətin rəhbər heyəti, Türkiyənin tanınmış qələm adamları tərəfindən isti qarşılanan TAİB nümayəndələri Ankaraya səfərin məqsədi, təşkilatın məqsəd və məramları, eləcə də qarşıdakı layihələr barədə ətraflı söhbət açıblar.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələrin inkişaf dinamikası ürəkaçandır və bu gün qardaş ölkələrin informasiya məkanında "Bir millət, iki dövlət" prinsipinə əsaslanan yanaşmalar aydın şəkildə müşahidə olunmaqdadır.

Türkiyə mediasının 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi heyrətamiz dəstəyi xatırladan TAİB nümayəndələri Ankaraya səfərin növbəti il Türkiyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı təşkil olunacaq beynəlxalq konfransa hazırlıq məqsədi daşıdığını bildiriblər. Eyni zamanda, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Bakıda təşkil olunacaq konfransa hazırlıqların da başlandığı qeyd olunub.

Türkiyə Qazetecilər Cəmiyyətinin təmsilçiləri hər iki konfransda yaxından iştirak etməyə hazır olduqlarını deyiblər.

TAİB nümayəndələrinin Ankara səfərində qonaq kimi iştirak edən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu türkiyəli həmkarlarına Güney Azərbaycanla bağlı çağırış edib. O qeyd edib ki, Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarının təminatı, fars-molla rejiminin həyata keçirdiyi repressiv siyasət və sair bu kimi məsələlərə Türkiyə mediasının xüsusi diqqət ayırmasına ehtiyac var.

TAİB nümayəndələri Cəmiyyətin binasında yaradılmış çəkiliş və səsyazma studiyası, rəsm qalereyası, eləcə də kofrans və brifinqlər üçün nəzərdə tutulan otaqlarla tanış olublar.

Musavat.com

QEYD: Xəbərin Türkiyə saytlarında çıxan versiyası aşağıdakı linkdə:

https://www.24saatgazetesi.com/kiratli-azerbaycan-her-zaman-gonlumuzdeydi-simdi-ise-yanimizda/

WhatsApp Image 2022-12-07 at 17.49.12.jpeg (82 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.12 (2).jpeg (95 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.12 (1).jpeg (106 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.12.jpeg (26 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.11 (3).jpeg (90 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.11 (2).jpeg (89 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.11 (1).jpeg (60 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.11.jpeg (65 KB)

WhatsApp Image 2022-12-07 at 17.49.10.jpeg (79 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR