İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rast" qrupunun rəhbəri Rəşad Haşımovun ölkədən çıxışına “stop” qoyuldu

1995 09.12.2021 16:33 Ölkə A A

"Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımovun ölkədən çıxışına qadağa qoyulub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun 6 min manata yaxın vergi borcu var. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında R.Haşımovla bağlı ərizəyə baxılıb. Məhkəmə tərəfindən iddia təmin edilib və Əməkdar artistin respublika hüdudlarından kənara çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, R.Haşımov 1993-cü ildə "Rast" qrupunu yaradıb və hazırda da həmin kollektivin bədii rəhbəridir. O, Xalq artisti Ceyran Haşımovanın oğludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR