İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Ağabəyov Ukraynada təşəkkürnamə ilə təltif olunub - FOTO

708 16.08.2022 19:43 Region A A

Ukraynada aylardır davam edən savaşda həm ön, həm də arxa cəbhədə onlarla azərbaycanlı mücadilə verir. Gənc qəhrəmanlarımızdan biri də Nikolayev şəhər Radasının deputatı, şəhər idmançılarının həmkarlar idarəsinin sədri Ramil Zaur oğlu Ağabəyovdur.

Musavat.com-un Ukrayna üzrə təmsilçisi Anar Natiqoğlunun xəbərinə görə, savaşın ilk günlərindən həm təxliyə, həm də humanitar dəstək aksiyalarında öndə olan həmyerlimiz Ukrayna Gənclər Gününə həsr olunmuş, dövlət başçısı Vladimir Zelenskinin də iştirak etdiyi onlayn foruma qatılıb.

Eləcə də Ukrayna Gənclər hərəkatında fəal iştiraka görə həm gənclər və idman naziri Vadim Qutsayt tərəfindən, həm də Nikolayev vilayət Radasının sədri Anna Zamazeeva tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Təşəkkürnamələri Ramil Ağabəyova Nikolayev vilayət administrasiyasının rəhbəri, qubernator Vitali Kim təqdim edib.

Qeyd edək ki, əslən Salyan rayonundan olan Ramilin atası Zaur Ağabəyov da savaş dönəmində həm ön cəbhəyə, həm də arxa cəbhəyə humanitar dəstəyin öncüllərindəndir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR