İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quska” haqda yeni cinayət işi açıldı: Həbs qərarı VERİLDİ

2419 07.03.2024 18:45 Ölkə A A

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.

Məlumata görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.

Məlumatı onun vəkili Rəsul Cəfərov təsdiq edib.

Qeyd edək ki, H.Abdullayev bundan əvvəl altı il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR