İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusarda mağazadan oğurluq edən şəxslər saxlanılıblar

452 11.12.2021 14:36 Kriminal A A

Qusar Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini, ona məxsus ərzaq mağazasından qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Əlişirin Cabbarov və Abdulla Xanbutov saxlanılıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin axşam saatlarında sözü gedən mağazaya girərək oradan 120 manat pul, ümumilikdə 96 manat dəyərində kontur və spirtli içki oğurladıqları müəyyən edilib.

Faktla bağlı Qusar RPŞ-nin araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR