İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov "Qalatasaray"la oyuna daha bir futbolçu dəvət etdi

792 26.03.2023 18:21 İdman A A

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la bu gün keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşünə başqa klubdan daha bir oyunçu dəvət edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Qol.az-a klubun mətbuat xidmətindən veriblər.

Bu, “Zirə”nin hücumçusu Hamidu Keytadır. 28 yaşlı fransalı oyunçunun bugünkü matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl bu görüşə “Zirə”dən Anar Nəzirov və Donald Gerye, “Şamaxı”dan isə Rauf Hüseynli və Nihad Quliyev də dəvət almışdı. Qurban Qurbanov futbolçularının çoxunun milli komandalarda, bəzilərinin zədəli olması səbəbindən belə qərar verib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” görüşü yerli vaxtla saat 20:00-sa başlanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR