İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban bayramında hansı heyvanları şərikli kəsmək olar? - AÇIQLAMA

661 13.06.2024 20:07 Gündəm A A

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Bu səbəbdən qurban kəsmək arzusunda olan insanlar arasında "Hansı qurbanlığa şərik olmaq, pay durmaq olar? Hansı heyvanda pay bölgüsü necə olur?" sualları aktual olaraq qalır.

Musavat.com xəbər verir ki, İlahiyyat İnstitutunun sabiq rektoru, deputat Ceyhun Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, bütün qurbanlıqlara pay durmaq (yəni, bir heyvanı bir neçə nəfərin toplaşıb kəsməsi) olmur.

"Əvvəlcə nəzərə almalıyıq ki, Qurban bayramı İslamın iki əsas, müqəddəs bayramlarından biridir və bütün müsəlman dünyasında qeyd olunur. Qurban əsasən, qoyundan, inəkdən və dəvədən kəsilməlidir.

Qoyunda hansısa bir şəriklik söhbəti yoxdur, yəni qoyunu yalnız bir nəfər kəsməlidir. Dəvə və inəyə gəldikdə isə, yeddi nəfər birləşib bir qurban kəsə bilər. Yeddi məsələsi inək və dəvədən olan qurbanlara aiddir - bu, şəriətdə də təsbit olunub.

Qurbanın paylanmasına gəldikdə isə, bu qohumlara, qonşulara paylana, bir hissəsini də ev yiyəsi özünə götürə bilər. Yəni, dinin yanaşması budur. Din konkret bizə deyib ki, hansı heyvanlardan qurban kəsmək olar və hansı formada bu paylanılmalı və bölgü aparılmalıdır", - deyə C.Məmmədov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR